“Netflix” 2021-ci ilin anonsunu verdi - Hansı filmlər olacaq?

“Netflix” 2021-ci ilin anonsunu verdi - Hansı filmlər olacaq?
13 yanvar 2021
# 17:53

Amerikanın yayım şirkəti “Netflix” 2021-ci ildə hər həftə öz platformasında yeni filmlər buraxacağını açıqlayıb.

Bu barədə “Netflix” platformasından bildirilib.

Məlumatda qeyd olunub ki, şirkət fəaliyyətini daha da artırıb: “Bu ilin siyahısı bütün kino həvəskarlarını nəinki təəccübləndirəcək həm də sevindirəcək. Belə ki, qarşıda mükafat almış rejissorların çəkdiyi filmlərin nümayişi olacaq, eyni zamanda siyahıda Ceyn Kempionnun “The Power of the Dog”, Paolo Sorrentinonun “Hand of God” və Adam Makkeyin “Don’t Look Up” kino əsərləri yer alacaq. “Netflix” hər həftə məşhur ulduzların iştirakıyla yeni ekran əsərlərilə izləyicilərin qarşısına çıxacaq”.

Qeyd edək ki, “Netflix” artıq 70-ə yaxın kinofilmlərin adlarını açıqlayıb. Anonsu verilmiş filmlərdə rol alan məşhur aktyorlar sırasında Leonardo Di Kaprio, Sandra Bullok, Meril Strip, Cennifer Lourens, Qal Qadot, Ceyk Cillenxol, Rayan Reynolds və başqalarını görmək olacaq. /azertag.az/

# 3135 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər