“İtalyansayağı xoşbəxtlik” onlayn göstəriləcək

“İtalyansayağı xoşbəxtlik” onlayn göstəriləcək
4 iyun 2020
# 12:49

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 11-də saat 19:00-da "İtalyansayağı xoşbəxtlik” tamaşasını sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş etdirəcək.

Görkəmli italyan dramaturqları Dario Fonun "Markolfa” və Pepino de Filipponun "Don Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Tamaşanın süjet xətti otuz altı aydır evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfa bir anda uduşlu lotereyadan zənginləşməsi üzərində qurulub. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlanır...

Tamaşanın ikinci hissəsində nümayiş etdirilən "Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə "Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir...

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər