“Humay” mükafatının qalibləri məlum olub

“Humay” mükafatının qalibləri məlum olub
5 dekabr 2020
# 14:35

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının qalibləri məlum olub.

Kulis.az xəbər verir ki, mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə mükafata Azərbaycan milli xoreoqrafiya sənətinə verdiyi töhfəyə görə Əməkdar artist Nigar İbrahimova və Tahir Eynullayev, milli muğam ifaçılığı sənətində əldə etdiyi uğur və nailiyyətinə görə müğənni, Əməkdar artist Arzu Əliyeva və Aytən Məhərrəmova, mədəniyyətimizi uğurla təbliğ etdiyinə, dövri nəşrlər arasında öz dəsti-xətti ilə seçildiyinə görə “Medeniyyet /Culture” jurnalı (Baş redaktor, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva) və “Mir Literaturı” qəzeti (Baş redaktor Elmar Şeyxzadə) layiq görülüblər.

Mükafatın kitab nəşri nominasiyasında “Əhsən sənə, Əhsən” kitabına görə yazıçı-publisist Rafiq Hacıyev, “Gənclərə dəstək” musiqi layihəsinin Azərbaycanda və xarici ölkələrdəki uğurlu təşkilatçılığı və təbliği nominasiyasında musiqişünas, layihənin koordinatoru Ayla Kərimova-Zəkəriyyə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Beynəlxalq Festival və Müsabiqələrdə uğurlu çıxışları nominasiyasında orkestrin direktoru, Əməkdar artisti Nərgiz Əliyeva, “Şirvanşahlar” irsi dünya muzeylərində” və “Kəlağayı sənəti” kitabları nominasiyasında isə Əməkdar mədəniyyət işçisi, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Humay” mükafatı qazanıblar.

Mükafatın təsisçisi Fikrət Zərbəliyev fikirlərini ifadə edərək bildirib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına biz nəhayət ki, ərazi bütövlüyümüzü bərpa etdik. “Humay” mükafatının rəmzi olan Humay ilahəsi, ana obrazı da mədəniyyətimizi və bütün xalqımızı hifz edən qüvvə, öz qanadları altına alan müqəddəs varlıq kimi anlaşılır. Mükafatımızın laureatları Möhtərəmlər Şurasının qərarı ilə seçilir. “Humay” Milli Mükafatı Akademiyasının üzvlərini hər bir ziyalı və sadə azərbaycanlı, həmçinin digər ölkələrin vətəndaşları da yaxşı tanıyır. Bunlar görkəmli yazıçılar Anar, Çingiz Abdullayev, kino xadimləri Oqtay Mirqasımov, Rasim Balayev, musiqi xadimlərindən Səyavuş Kərimi, Faiq Sücəddinov, rəssamlıq sahəsindən Çingiz Fərzəliyev və bir çox digər yaradıcı şəxslər akademiyamızın üzvləridir. Laureatların seçimi onların fikrindən, rəyindən asılıdır. Hər bir qalibimizə yeni-yeni uğurlar arzulayırıq”.

# 5609 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər