"Harri Potter"in müəllifinin yeni kitabı pulsuz olacaq

"Harri Potter"in müəllifinin yeni kitabı pulsuz olacaq
27 may 2020
# 13:27

"Harri Potter" seriyası ilə məşhurlaşan britaniyalı yazıçı Coan Roulinq yeni kitabını oxuculara internet üzərindən ödənşsiz təqdim edəcək.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı öz Tvitter hesabında məlumat yayıb.

Yazıçı qeyd edib ki, uşaqlar üçün 10 il əvvəl qələmə almağa başladığı "Ickabog" əsəri müəyyən səbəblərlə yarımçıq qalıb. Koronavirus pandemiyası zamanı yaranan boşluqda isə yazıçı əsəri bitirdiyini və artıq internet üzərindən oxuculara təqdim edəcəyini bildirib.

Roulinq açıqlamasında qeyd edib ki, "Ickabog" "Harri Potter" seriyasının davamı deyil.

O, həmçinin bildirib ki, roman 2020-ci ilin noyabrında nəşr ediləcək və bu kitabdan əldə olunan bütün gəlir koronavirusla mübarizəyə xərclənəcək.

# 3525 dəfə oxunub

Oxşar xəbərlər

İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

13:00 18 sentyabr 2026
Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

12:40 18 sentyabr 2026
1064 dəfə oynanan “Vaqif”dən səssiz dəfnə qədər... - Adil İsgəndərov niyə teatrdan getmişdi?

1064 dəfə oynanan “Vaqif”dən səssiz dəfnə qədər... - Adil İsgəndərov niyə teatrdan getmişdi?

12:00 18 sentyabr 2026
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı

XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı

11:54 18 sentyabr 2026
Milli Kitabxanada Milli Musiqi Günü ilə bağlı sərgilər açıldı

Milli Kitabxanada Milli Musiqi Günü ilə bağlı sərgilər açıldı

11:40 18 sentyabr 2026
Afra Saraçoğlu saxlanıldı

Afra Saraçoğlu saxlanıldı

11:37 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər