“Cik-cik xanım” tamaşası onlayn nümayiş ediləcək

“Cik-cik xanım” tamaşası onlayn nümayiş ediləcək
19 fevral 2021
# 18:58

Fevralın 21-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası onlayn nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib.

Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onu cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onu bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.

Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər