"Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı" kitabı işıq üzü gördü

"Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı" kitabı işıq üzü gördü
12 yanvar 2021
# 15:10

ADA Universitetinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə ithaf etdiyi “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı“ kitabı işıq üzü görüb. Akademik Kamal Abdullanın müəllifi olduğu kitabın ön sözünü ADA Universitetinin rektoru, professor Hafiz Paşayev yazıb.

Kitabda Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyəti barədə söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, XIX və XX əsrlərdəki “ilk dəfələri”, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır.

Ön sözdə bildirilib ki, müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli və ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur:

“Bu missiyanı təmin etmək üçün “azərbaycançılıq” ideologiyası təhsilimizin müxtəlif pillələrində öz əksini tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin təşəbbüsü ilə 2014-cü ildən başlayaraq “Azərbaycanşünaslıq” fənninin tədris edilməsi başlandı. O zamana qədər tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə, “Azərbaycanşünaslığ”ın tədrisi bu sistemli yanaşmanı elmi baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi, bütün ədəbi və elmi əsərlərində dərin simvolik mənaları məharətlə və metodoloji şəkildə açan Kamal Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr proqramının ilk ilinin tələbələri üçün “Azərbaycanşünaslıq” fənnində mühazirələr oxudu. ADA Universitetinin oxuculara təqdim etdiyi “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı kitabı həmin fənnin mühazirələri əsasında tərtib edilib”.

Xalq yazıçısı Kamal Abdulla isə “Müəllifdən” olan hissədə bunları yazır:

“Mənə bu kitabda əks etdirdiyim fikirlərimi ADA Universitetinin tələbələri ilə bölüşmə fürsəti verdiyinə görə Universitetin rektoru görkəmli alim, elm qurucusu, diplomat, professor Hafiz Paşayevə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda mühazirələrimi yazıya çevirməkdə mənə kömək etmiş Universitet əməkdaşlarına minnətdaram. Əlbəttə ki, ADA Universitetinin tələbələri bu mühazirələri dinləyə-dinləyə öz sualları, təkliflərilə mənə əvəzedilməz dərəcədə faydalı oldular. Onlar da sağ olsunlar. Bu kitabı oxuyub fikrini mənimlə bölüşmək istəyəcək oxucular, arzu edirəm ki, bu istiqamətdə yazılan yazının ilk təcrübə olduğunu nəzərə alacaq və müəllifin yazdıqlarına mümkün qədər anlayışla yanaşacaqlar”.

Kitab “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

# 3421 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər