"Ramiz Rövşən mükafatı" müsabiqəsinin nəticələri elan olundu

"Ramiz Rövşən mükafatı" müsabiqəsinin nəticələri elan olundu
29 mart 2023
# 17:21

“TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsinin 15 dekabr 2022-ci il tarixində elan etdiyi ˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin nəticələri elan olunub.

Kulis.az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimi “Libraff”ın “Park Akademiya” filialında keçirilib.

1-11-ci sinif şagirdləri arasında keçirilən müsabiqənin şərtlərinə görə, hər bir müraciətçi Ramiz Rövşənin müəllifi olduğu şeirlərdən birini ifa edərək, video formasında göndərməli və bu zaman müsabiqənin müəyyən edilmiş şərtlərini əhatə etməli idi.

Onlayn formada təşkil olunan müsabiqə 3 qrup səviyyəsi (I-IV, V-VIII və IX-XI siniflər) üzrə keçirilirib. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçilib.

1-4-cü siniflər üzrə Ləman Abbaszadə, 5-8-ci siniflər üzrə Səbirə Həsənli, 9-11-ci siniflər üzrə Nihad Rəhimli qalib seçiliblər. Müsabiqənin qaliblərinə mükafatları şəxsən Xalq şairi Ramiz Rövşən özü təqdim edib.

Xalq şairi Ramiz Rövşənin açılış nitqi ilə başlayan tədbirdə yazıçı Zahid Xəlil, ədəbiyyatşünas Qismət Rüstəmov, şair Aqşin Yenisey və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış edərək müsabiqənin önəmindən danışıblar.

Qaliblərlə yanaşı müsabiqədə həvəsləndirici yerlərə layiq görülən İpək Məcid, Zeynəb Bağırova, Nəzrin Xəyyamqızı və Sadiq Mahmudov da mükafatlandırılıblar.

Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş ˝Ramiz Rövşən mükafatı˝, ˝LIBRAFF˝dan 200 AZN-lik hədiyyə kartı, diplom və Xalq şairinin kitablarından ibarət hədiyyə dəsti təqdim olunub. Bundan başqa, müsabiqənin münsiflər heyəti tərəfindən seçilən bir neçə nəfər istedadlı qiraətçiyə də həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirməkdir.

Növbəti müsabiqələrdən xəbərdar olmaq üçün ˝LIBRAFF˝ın sosial media hesablarını izləyə bilərsiniz.

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Rəngkarlıq Muzeyində növbəti mühazirə

Rəngkarlıq Muzeyində növbəti mühazirə

12:50 9 sentyabr 2023
Əlamətlərə inanmaq lazımdırmı? - İlahə Ümidli

Əlamətlərə inanmaq lazımdırmı? - İlahə Ümidli

12:00 6 sentyabr 2023
Öldüyünü zənn edən yazıçının kitab təqdimatından  - Reportaj

Öldüyünü zənn edən yazıçının kitab təqdimatından - Reportaj

15:30 24 iyun 2023
˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

21:41 19 iyun 2023
Yazıçı Nahidin yeni kitabı çap olundu

Yazıçı Nahidin yeni kitabı çap olundu

15:20 19 may 2023
˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

10:58 19 may 2023
# # #