“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda
14 iyul 2025
# 18:37

Bakı Uşaq və Gənclər Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi yeni quruluşda səhnələşdirilir.

Kulis.az xəbər verir ki, teatrda əsərin oxunuşu və müzakirəsi keçirilib.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, rejissoru İlhamə Əhmədova, rejissor assistenti Nuranə Rəsulova, quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.

Tamaşada rolları əməkdar artist İntiqam Soltan, aktyorlar Mehman Piriyev, Könül Şahbazova, Gülər Ləzgiyeva, Tofiq İsgəndərli, Niyaz Novruzov, Gülər Məhərrəmova, Fatimə Qasımova, İlhamə Əhmədova, Aytən Səfərova, Flora Hüseynova, Sənan Fərzəliyev və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşa Hüseynbala Mirələmovun 80 illik yubileyinə həsr olunub.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

# # #