Pantomima Teatrında premyera olacaq

Pantomima Teatrında premyera olacaq
28 fevral 2019
# 12:08

Martın 3-də Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşa - “Xocalı - bu olub” adlı tamaşanın premyerası olacaq. Bu barədə teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev məlumat verib.

Bildirib ki, səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunacaq. Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edəcək.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq fevralın 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi daşıyırdı.

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #