Fərqanə solo konsert verəcək

Fərqanə solo konsert verəcək
6 oktyabr 2015
# 09:41

Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist Fərqanə Qasımovanın solo konserti olacaq.

Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, konsertdə F.Qasımova "Nəva" dəstgahını ifa edəcək.

Klassik muğamdan biri olan "Nəva" uzun müddətdir Azərbaycanda ifa olunmur. F.Qasımova "Nəva"nı seçməklə muğam sənətinin unudulmaqda olan bu muğamı yenidən gündəmə gətirmək istəyir. "Nəva" İranda daha çox populyardır. Böyük xanəndələr üçün bu muğamı ifa etmək sənətkarlıq dərəcəsini, ustalığı göstərən mərhələ sayılır.

Konsertdə F.Qasımovanı Azərbaycanlı ifaçılarla yanaşı, İrandan olan iki musiqiçi də müşayiət edəcək.

Biletləri şəhərimizin kassalarından əldə edə bilərsiniz.

# 775 dəfə oxunub

Müəllifin son yazıları

# # #