"Özümü qüsursuz göstərməyə zərrə qədər niyyətim yoxdur..." - Məşhur argentinalı yazıçıdan sitatlar

"Özümü qüsursuz göstərməyə zərrə qədər niyyətim yoxdur..." - Məşhur argentinalı yazıçıdan sitatlar
30 aprel 2026
# 16:30

Bu gün tanınmış argentinalı yazıçı Ernesto Sabatonun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Tənhalığım məni qorxutmur, yəni bu, bir Olimp tənhalığıdır.

***

Dünyanın iyrənc olduğu, sübuta ehtiyacı olmayan bir həqiqətdir.

***

Onun kimi zərif bir qadının ürəyində necə belə soyuq, cilovsuz və murdar bir canavar yaşaya bilərdi!

***

Hər insanın bir qaranlığı vardır; kimsənin bilmədiyi, bəzilərinin isə sadəcə hiss edə bildiyi gizli, şər bir qaranlıq. Durduğu yerdə başqalarına zərər verə bilən, hətta insanın özünə belə zərər verən bir qaranlıq...

***

Dünyanı əsla sevə bilmədim və insanlara hər zaman ikrah duydum, xüsusilə də insan izdihamından; yayda çimərliklər ən dözə bilmədiyim yerlərdir.

***

Daha neçə dəfə şüurumun belə ikiyə bölünməsi ucbatından vəhşi rəftarlar nümayiş etdirəcəkdim! Bir tərəfim xoş bir davranışa əl atarkən, digəri uğursuzluğumu, ikiyüzlülüyümü və yalançı səxavətimi ifşa edirdi; biri bir insana təhqirlər yağdırarkən, o biri həmin insan üçün acı çəkir və başqalarına söylədiyim lazımsız sözlərə görə məni günahlandırırdı.

***

Lakin bu şəfqətli anlar, getdikcə qaralan və fırtınadan xəbər verən bir göy üzündə günəşin üzünü göstərməsi kimi qısalır və seyrəlirdi. Şübhələrim və sorğu-suallarım, bir parkın ağaclarını sarıb boğan qorxunc bir sarmaşıq kimi hər şeyi bürüyürdü.

***

Hamımız bu və ya digər şəkildə məyus oluruq; ölmək üçün doğulmuş hər bir varlığın qaçılmaz taleyidir məyusluq, çünki hamımız tənha bəndələrik.

***

Sonsuz bir gözlənti kimi gəldi. Nə qədər vaxt keçdi, bilmirəm. Saatların o universal və ortaq olan, duyğularımızdan, kədərlərimizdən, bir sevginin doğuşu və ya bitişindən, bir ölünün başında keçən zamandan xəbəri belə olmayan o vaxtından nə qədər axıb getdi, bilmirəm...

***

Səhranın ortasında çarəsiz qalan və sürətlə yerini dəyişmək istəyən biri üçün sürətin heç bir əhəmiyyəti yoxdur. Hara getsə də, mənzərə heç vaxt dəyişməyəcək.

***

Ruh əkizləri, eyni zamanlar kimi bir ucdan digər uca getdiyimizi, nəhayət, bu keçidlərin sonunda mənim tərəfimdən qurulmuş bir səhnədə qarşılaşacağımızı bilmədən addımlayırdıq. Yalnız onun üçün hazırladığım, mənim də orada olduğum, keçidlərin bitdiyini və görüş vaxtının çatdığını xəbər verən bir səhnədə... Qarşılaşma zamanı gəlmişdi! Amma doğrudanmı keçidlər birləşmiş, ruhlarımız qovuşmuşdu?

***

Eşq insanın gözünü necə də bağlayır, hər şeyi necə də dəyişdirir. Dünyanın gözəlliyi imiş! Gülməkdən qəşş edəcəyəm!

***

Tanrı bizim ağlımıza və iradəmizə zəncir vurmaq istəmədi, əks halda bizi mənəvi cəhətdən təkmilləşdirən amildən — yəni şüurumuzun inkişafı üçün zəruri olan azadlıqdan məhrum etmiş olardı.

***

Duymuş olduğum günahkarlıq hissi ucbatından çox acı çəkməyimə rəğmən, özümü qüsursuz göstərməyə zərrə qədər niyyətim yoxdur.

***

İnsanlar bir-birini təkrar edir, eyni üslubdan istifadə edir və digərlərindən üstün olduqlarına inanırlar.

***

Hər şeyin mənim uydurmam və ya inancım olduğunu düşünürdüm; nə olursa olsun, tək bir tunel var idi — qaranlıq və tənha: uşaqlığımın, gəncliyimin, bütün ömrümün içindən keçib getdiyi o tunel...

***

Keçmiş daha gözəl idi...

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər