Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xalq artisti Afaq Bəşirqızının İttifaq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
APA-nın xəbərinə görə, H. İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, A. Bəşirqızının ittihamlarının əsası yoxdur.
“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır. Mən onun niyə bu cür danışdığını anlamıram. Niyə özünün qazandığı hörməti, sənətkarlarımızın ona qarşı bəslədiyi xoş və səmimi münasibəti aşağı salır? Ümumiyyətlə heç bir sənətkara belə işlərə qarışmağı arzu etmirəm. Hər kəs, o cümlədən də aktyor aktyorluqla, rejissor da rejissorluqla məşğul olmalıdır”, - deyə H. İsmayılov vurğulayıb.
- Mircavad: “Qardaşımın rəsmini görəndə anladım ki, bizim ailəni bədbəxtlik gözləyir”
- Gənc mədəniyyət işçilərinin I Beynəlxalq yay düşərgəsi təşkil olunub
- Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi, sevdiyi qadına görə bıçaqlandı – Ramiz Novruz haqqında maraqlı faktlar
Qeyd edək ki, Xalq artisti A. Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur. O Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.