Moskvada “Opera Art” festivalını həmyerlilərimiz açacaq

Moskvada “Opera Art” festivalını həmyerlilərimiz açacaq
5 aprel 2019
# 09:48

Aprelin 13-də Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Azərbaycanın Xalq Artisti, Rusiya Böyük Teatrının aparıcı solisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olacaq.

Festivalın ilk konserti “Azərbaycanın opera səsləri” adlanır. Moskva klassik musiqi həvəskarları Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Rusiya Milli Orkestrinin müşayiəti altında opera müğənnisi Azad Zadənin (tenor) ifasını dinləyəcəklər.

Dinara Əliyevanın “Opera Art” festivalı Moskvada iki ildən bir keçirilir. Bu il festival aprelin 13-dən mayın 30-dək davam edəcək. Festival çərçivəsində beş konsert nəzərdə tutulub. Aprelin 21-də “Belarusun opera səsləri” konsert proqramı təqdim olunacaq. Daha sonra isə festival müxtəlif günlərdə “İtaliya operasının xor şedevrləri”, Puççinin “Madam Batterflyay”, Dvorjakın “Rusalka”, Verdinin “Ernani” operaları konsert formasında ifa ediləcək.

# 1926 dəfə oxunub

Müəllifin son yazıları

# # #