Avropanın ən böyük rok və metal musiqi festivallarından biri 2027-ci il üçün iştirakçı siyahısını açıqlayıb.
Kulis.az xəbər verir ki, Dounload Festivalının növbəti buraxılışında “Blink-182”, “Bring Me The Horizon” və “Evanescence” əsas səhnənin baş ifaçıları olacaqlar.
Bu, hər üç qrupun festivalda ilk dəfə hidlayner statusunda çıxışıdır.
Festival 2027-ci il iyunun 9-dan 13-dək İngiltərənin Doninqton Parkında keçiriləcək. Proqramda 100-dən çox musiqiçinin və qrupun iştirakı nəzərdə tutulur. Onların arasında “Turnstile” və “The Hives” kimi kollektivlər də var.
Budəfəki proqramın diqqətçəkən məqamlarından biri “Evanescence” qrupunun lideri Emi Lidir. O, festival tarixində əsas səhnədə baş ifaçı statusu ilə çıxış edən qadın solistin rəhbərlik etdiyi ikinci qrupun təmsilçisi olacaq. Yeni siyahı festivalın gələn il də rok musiqisinin müxtəlif nəsillərini bir araya gətirəcəyini göstərir.