"O gənclər AYB-dən qovula bilər" – Rəşad Məcid

"O gənclər AYB-dən qovula bilər" – Rəşad Məcid
8 avqust 2019
# 15:01

İlin sonuna yaxın AYB-yə yeni sədr seçmək üçün Qurultay keçiriləcək.

Bununla bağlı bəzi yazarlar sədrliklərini irəli sürəcəklərini elan ediblər. Bu məsələ ilə bağlı AYB-nin Gənclər üzrə katibi Rəşad Məcidlə əlaqə saxladıq.

- Rəşad bəy, AYB-də sədrlik seçimləri başlayacaq. Bildiyimizə görə namizədliyini irəli sürmək istəyən xeyli adam var. Bununla bağlı nə deyə bilərsiniz?

- Əvvəla Qurultay olmalıdır, ikincisi qurultaya nümayəndə seçilməlidir. Nümayəndə seçiləndən sonra kimlərsə namizədliyini irəli sürə bilər. O da Qurultaya üzv olarlarsa. İndi mən bilmirəm kimlər nə deyib gündəm yaratmaq üçün. Kimlərin arzusu var ki, sədr olmağa?

- Tural Turan, Fuad Cəfərli…

- Birdən birə sədr olmaq istəyirlər? Katib olmaq istəmirlər? Yaxşı arzulardır. Açığı Tural Turanla Fuad Cəfərli üzvlük haqqını vermədikləri üçün AYB-nin üzvlüyündən çıxarılmaq ehtimalları var. Gəlsinlər hələ üzvlük haqqını versinlər, sonra namizədliklərini irəli sürərlər.

- Qurultaya üzv olmaqdan başqa kriteriya var?

- Bəli, gərək Qurultay nümayəndələri səs versinlər. Onlar düşünürlər ki, qurultay nümayəndələri onlara səs verəcək? Bu cavanlıq xülyalarıdır. /adalet.az/

# 2310 dəfə oxunub

Müəllifin son yazıları

# # #