UNESKO yeni fotomüsabiqəyə start verdi

UNESKO yeni fotomüsabiqəyə start verdi
8 oktyabr 2019
# 15:20

UNESKO-da 2-ci “İpək Yoluna gənclərin baxışı” fotomüsabiqəsinə start verilib.

UNESKO-nun “İpək Yolu”, “Gənclər” və 2013-2022-ci illəri əhatə edən “Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyi” Proqramları çərçivəsində təşkil edilmiş “İpək Yoluna gənclərin baxışı” adlı fotomüsabiqəyə qeydiyyat 2020-ci il yanvarın 6-dək davam edəcək.

Müsabiqənin əsas məqsədi bu gün qloballaşan dünyamızda üzləşilən böyük problemlərlə bağlı maarifləndirmədə vacib rol oynamaq potensialını göstərməkdir.

Müsabiqə İpək Yolu regionunda yaşayan və bu zonaya səyahət edən gənclərə bu regionda qarşılıqlı münasibətlər və mübadilə nəticəsində yaranan ortaq mədəni irsi və plüralist kimliyi daha yaxşı anlamaq və bununla bağlı düşüncələrini paylaşmaq üçün imkan yaradır. Eyni zamanda, qarşılıqlı anlaşmanı və İpək Yolları ilə birləşən müxtəlif xalqlar arasında sülhü möhkəmlətmək məqsədilə müasir dünyadakı qarşılıqlı əlaqələri və mədəni görüşləri genişləndirmək üçün fotoqrafiyanın istifadəsini təşviq edir.

İpək Yolları dəniz və quru yolları şəbəkəsindən ibarət geniş bir coğrafiyadan ibarətdir.

Müsabiqə iki yaş qrupu -14-17 və 18-25 üçün nəzərdə tutulub. /azertag.az/

# 2067 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #