Bəstələdiyi mahnılara görə həbs olunub

Bəstələdiyi mahnılara görə həbs olunub
9 aprel 2019
# 16:41

İspaniyada “Biz qanunu pozmuruq” (No somos un delito) adlı yeni kampaniya başlayıb.

Bu cinayət məsuliyyətinə cəlb olunmuş reperlərin bəstələdiyi mahnıların robot tərəfindən oxunaraq onların azadlıq hüququnu nümayiş etdirir. Repin sözlərində deyilir:

“Diktaturanı sevmədiyimiz, ona nifrət etdiyimiz üçün bizi cinayətkar adlandırlar, öz həyatlarını mübarizəyə həsr edənləri qandallayırlar”.

Bu sözlərə görə İspaniyanın Valtònyc reperi 3 il yarım müddətinə həbs olunub.

Reper bəstələdiyi mahnıları “youtube” səhifəsində bölüşüb. Mahnıların sözlərinin oxunmasında o, süni intellektin, robotun köməkliyindən istifadə edib.

Xatırladaq ki, İspaniya dövlətinin qəbul etdiyi yeni qanunda heç bir şəxsin deputatlar konqresi qarşısında əvvəlcədən xəbərdarlıq etmədən etiraz aksiyası keçirmək hüququ yoxdur. Başqa sözlə insanların söz azadlığı məhtudlaşdırılır, onların bir yerə toplaşmaq hüququ əllərindən alınır. İnsanlar bu qanuna etirazlarını musiqi vasitəsilə və “hologram mitingini” təşkil etməklə bildirirlər./azertag.az/

# 1749 dəfə oxunub

Müəllifin son yazıları

# # #