Dünyanın ən qədim mirvarisi nümayiş olunacaq.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, BƏƏ-nin Luvr muzeyində keçirilən sərgidə dünyada ən qədim sayılan “Əbu Dabi mirvarisi” nümayiş olunacaq.
2,5 millimetr diametri olan 8 min yaşlı bahalı daş ilk dəfə geniş publikaya oktyabrın 30-dan göstəriləcək.
- Fuad Poladov dəfn olundu – YENİLƏNİB
- "Maserati" - Baş rolda Entoni Hopkins
- Məhəmməd Qaraşov: “Közə dönən ümidlər”-Ən qısa hekayə
Mirvari arxeoloqlar tərəfindən Marav adasında tapılıb. Təxminən eramızdan 5600-5800 il əvvələ aid olunan mirvari Şeyx Zadə Milli muzeyinin kolleksiyasına daxildir.