Vaqif Xaçatryan işgəncə verdiyi azərbaycanlı ilə üz-üzə - Video

Vaqif Xaçatryan işgəncə verdiyi azərbaycanlı ilə üz-üzə - Video
13 oktyabr 2023
# 16:20

Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.

Kulis.az İTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni?", - deyib.

Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.

Həmin görüntüləri təqdim edirik:

# 830 dəfə oxunub

Müəllifin son yazıları

# # #