UNESCO-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib
19 sentyabr 2025
# 13:50

UNESCO-da dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrin Fransadakı səfirləri, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və digər şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində "Avey" triosunun - Laure Volpato (violonçel), Eldəniz Ələkbərzadə (piano) və Ağarəhim Quliyev (fleyta) - iştirakı ilə konsert proqramı təqdim olunub.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər