Troya Muzeyində dənizçilik sərgisi - Antik gəmilərlə tarix yolçuluğu

Troya Muzeyində dənizçilik sərgisi - Antik gəmilərlə tarix yolçuluğu
29 dekabr 2025
# 14:05

Troya Muzeyində antik çağ dənizçiliyinə həsr olunmuş daimi dənizçilik sərgi sahəsi yaradılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Homerin dastanlarından ilham alınaraq Troya dövrünə məxsus texnikalarla inşa edilən antik gəmi muzey kolleksiyasına daxil edilib.

Mismarsız hazırlanmış bu gəmi antik dənizçilik biliklərinin eksperimental arxeologiya yolu ilə yenidən canlandırılmasını nümayiş etdirir.

Sərgi külək və dənizin ticarət, bilik və mədəniyyətlərarası əlaqələrdə oynadığı rolu tarixi perspektivdə təqdim edir.

UNESCO Ümumdünya İrsi Siyahısında yer alan Troya ərazisində reallaşdırılan bu layihə regionun mədəni irsinə mühüm töhfə kimi dəyərləndirilir.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər