"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
21 sentyabr 2026
# 13:09

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.

Xalq artisti “Kulis”ə müsahibəsində deyib ki, mahnının sözlərini, musiqisini bəyənib və ifa edib.

“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Alim Qasımov bildirib.

Onun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş:

“Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”.

Alim Qasımov Montrö festivalında iştirakından da danışıb. Xalq artisti qeyd edib ki, adıçəkilən festival çox maraqlı və yüksək səviyyədə keçirilib:

“Çox yaxşı musiqiçilər, böyük orkestr və gözəl dirijorumuz var idi. Tamaşaçılar da çox bəyəndilər, çox enerjili tədbir oldu. Həm gözəl məkan idi, həm də həmin məkana uyğun gözəl bir konsertimiz alındı”.

Xalq artisti son zamanlarda TV-lərdə tez-tez görünməməsinə də aydınlıq gətirib.

“Əvvəllər zəng olunan kimi gedirdim. Amma musiqiçi havası ilə dolanmır. Musiqiçi öz sənətini öyrənir, məşq edir, sonra ailəsini dolandırmaq üçün şərait olmayanda çox sönür.

Sən musiqiçini çağırırsan, gedir, geyinir, kostyum geyinir, özünü hazırlayır, səsini və ya aləti ilə məşq edir. Sonra deyirsən, gəl, çal-oxu, sağ ol, çıx get. O da bazara gedib bir kilo kartof almaq istəyir. Amma televiziya ona bir kartof qədər də qiymət qoymursa, niyə gedib orada çıxış etsin?”, - Alim Qasımov vurğulayıb.

O, bir müddət əvvəl rep ifaçısı ilə birlikdə hazırladığı layihəyə, bu barədə tənqidlərə də münasibət bildirib:

“Mən bir dəfə çıxdım elə-belə oxudum. Sonra gördüm ki, hamı gəlib oynayır, şəkil çəkdirir. Mənə də söz verdilər. Həmin ritmi oxudum. Sonra rep ifaçısı mənə dedi ki, Alim müəllim, yaxşı bir fikir var məndə. Onu bir az düzəltdik, birlikdə oxuduq. Normal şeydir, musiqidir də”.

# 80 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər