Xalq şairi Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.
Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olara Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
Qeyd edilib ki, xəstə xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir.
"Onun vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir", - məlumatda vurğulanıb.