Tanınmış aktrisa Gül Onat pankreas xərçəngi səbəbilə əməliyyat olunub.
Kulis.az xəbər verir ki, "Sihirli Annem" serialında canlandırdığı "Perihan" obrazı ilə yadda qalan 71 yaşlı sənətçi yeni "Sihirli Annem: Hepimiz Biriz" filmində çəkilsə də, qala gecəsinə qatıla bilməyib.
O bildirib: "Təəssüf ki, qalada iştirak edə bilmədim. Çox ciddi əməliyyat keçirdim. Həkimimin üç günlükicazəsi ilə səhnələrimizi çox qısa şəkildə çəkə bildik. Dualarınızı gözləyir və sizləri sevgi ilə öpürəm".
- Məşhur müğənni haqqında film? - İddia
- Kinematoqrafçılar İttifaqının iclası keçirilib
- Bakıda Beynəlxalq film festivalına əsər qəbulu başlanıb
Qeyd edək ki, Gül Onat ötən il də pankreas xərçəngi diaqnozu ilə əməliyyat olunmuşdu.