Sərdar Ortaçın səhhəti pisləşdi - Klip çəkilişində hərəkət edə bilmədi

Sərdar Ortaçın səhhəti pisləşdi - Klip çəkilişində hərəkət edə bilmədi
21 iyul 2026
# 11:20

Məşhur türk müğənni Sərdar Ortaçın səhhətində problemlər olduğu ortaya çıxıb. Sənətçi bu barədə yeni klipinin çəkilişi zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırarkən açıqlama verib.

Kulis.az xəbər verir ki, uzun müddətdir sklerozdan əziyyət çəkən müğənni 30 günlük ağır müalicə proqramına cəlb edildiyini bildirib.

Klip çəkilişi zamanı hərəkət məhdudiyyəti səbəbindən sənətçinin çətin anlar yaşadığı görülüb. Xəstəliyin onun ayaqlarına ciddi şəkildə mənfi təsir etdiyi öyrənilib.

Bununla yanaşı, S.Ortaç sağalmasına bir neçə gün qaldığını və müalicə bitəndən sonra konsertlərinə davam edəcəyini qeyd edib..

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər