Rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

Rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir
2 fevral 2023
# 12:30

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış güney azərbaycanlı rejissor Cəfər Pənahi aclıq aksiyasına keçirir.

Kulis.az xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Tahirə Səidi özünün sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Cəfər Pənahi fevralın 1-dən quru aclıq aksiyasına başlayıb.

"Quru aclıq aksiyasını sərbəst buraxılana və ya həyatımı itirənə kimi davam etdirəcəyəm"- deyə güneyli rejissor telefon danışığında həyat yoldaşına bildirib.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Cəfər Pənahi 2022-ci il iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

# 932 dəfə oxunub

Müəllifin son yazıları

# # #