Qismət: "Yeni ədəbi qrup yaradıram!"

Qismət:  "Yeni ədəbi qrup yaradıram!"
9 iyun 2025
# 12:14

"Yeni ədəbi qrup yaradıram!"

Kulis.az xəbər verir ki, bu sözləri esseist, şair Qismət deyib.

Onun sözlərinə görə üzvlər xüsusi seçiləcək:

"Ötən əsrin əvvəllərində Londonun Blumsböri səmtində toplaşan sənətçilər sonradan "Blumsböri qrupu" olaraq məşhurlaşdılar. Onların sırasında yazıçı Virciniya Vulf və siyasətçi əri Leonard Vulf, məşhur "Romanın aspektləri" kitabının müəllifi, yazıçı və tənqidçi E.M. Forster, dünyaca tanınan iqtisadçı Con Keynes, Virciniya Vulfun rəssam bacısı Vanessa Bell və başqaları vardı. Söhbətləri tuturdu, dünyagörüşləri bir-birinə bab idi. Hətta Virciniya Vulf və əri Leonard "Hogart press" adlı butik bir nəşriyyat da açmışdılar, ancaq yüksək estetik meyarlarla ölçüb bəyəndiklərini çap edirdilər. Ədəbiyyat tarixində onları hədsiz fərdiyyətçiliyə görə tənqid edənlər də olub, ancaq heç kim onları qrupbazlıqda ittiham etməyib, çünki bu, ümumiyyətlə gülməlidir. Çünki bütün dünyada estetik hərəkatlar qrupların ətrafında baş verib, manifestli, yaxud manifestsiz.

Qrupların bəziləri konkret məkanda yığışıblar, tutalım, Parisdəki bir kafedə, bəziləri məsafədən, virtual olub, məsələn, hansısa jurnal ətrafında. İndiki açıq dünyada bu işlər daha asan baş tutur, metamodernistlər bir neçə sayt ətrafında sürətlə birləşdilər və s. Madam ki, ortada qrup olmasa da, hər kitabın 5-ci səhifəsində yuxulayan xeyli adam qrupdan danışır, onda qrup yaratmağın vaxtıdır. Avqustda "Yasamal qrupu" elan olunacaq, hətta, bəlkə, manifestini də yazdım. İndidən deyim, açıq qapı olmayacaq, seçmimi və dəvəti qrup özü edəcək."

# 217 dəfə oxunub

Müəllifin son yazıları

# # #