Oğuzhan Uğur saxlanıldı

Oğuzhan Uğur saxlanıldı
17 iyul 2026
# 11:30

Türkiyədə “YouTube” platforması üzərindən yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

Kulis.az xəbər verir ki, o, “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub. Onunla birlikdə ümumilikdə 8 nəfərin saxlanıldığı qeyd edilib.

Qeyd edək ki, O.Uğur 2023-cü ilin fevralında Kahramanmaraşdakı zəlzələdə zərərçəkənlərə yardım məqsədilə kampaniyalar təşkil edirdi. Bu fəaliyyətlə bağlı iyulun 12-də “Ahbap” Dərnəyinin sədri, müğənni Haluk Levent də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər