Nəsimi festivalında “Zamansız və məkansız” sərgisi nümayiş olunacaq

Nəsimi festivalında “Zamansız və məkansız” sərgisi nümayiş olunacaq
11 sentyabr 2025
# 11:40

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Nəsimi festivalının maraqlı təqdimatlardan biri də “Zamansız və məkansız” sərgisi olacaq.

Kulis.az xəbər verir ki, sərginin açılışı festivalın ilk gününə - sentyabrın 23-nə təsadüf edir.

Azərbaycan Milli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası və onun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, ekspozisiya oktyabrın 23-dək açıq olacaq.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər