Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı
2 iyul 2026
# 16:00

Türkiyəli komediyaçı Deniz Göktaş barəsində istintaq başladılıb.

Kulis.az xəbər verir ki, barəsində saxlanılma qərarı verilən yumor ustası Türkiyəyə qayıdıb.

O, hava limanında saxlanılıb.

Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında keçirilən çıxışı zamanı səsləndirdiyi fikirlərə görə Deniz dini dəyərləri təhqir etməkdə ittiham olunur.

Qeyd edək ki, komediyaçı stendap çıxışı zamanı Qurani-Kərimə işarə edərək "İlk üç kitab yaxşı idi, dördüncüdə tərcümə zəifdir. Dörd kitab arasında məncə, ən yaxşısı odur. 600-cü illərdə iddialı bir çıxış idi. Yazan üçün də çox çətin olub, ağlına yeni fikir gəlsə də, axı son kitab söylədik" deyə, bildirib.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər