Müasir müharibə hekayələrindən ibarət kitab təqdim olunacaq

Müasir müharibə hekayələrindən ibarət kitab təqdim olunacaq
16 mart 2026
# 10:30

Martın 18-i saat 15:00-da "Qanun" nəşriyyatında müasir müharibə hekayələrindən ibarət antologyanın təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, “Kəndə gün doğanda qayıdacağıq” adlanan topluda ən müasir Azərbaycan yazıçılarının ən maraqlı hesab olunan hekayələri toplanıb.

Müəlliflər arasında Rafiq Tağı, Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Seymur Baycan, Nərmin Kamal kimi tanınmış yazıçılardan tutmuş ən gənc qələm sahiblərinə qədər iyirmidən artıq imza yer alıb.

Kitabın tərtibçisi və baş redaktoru Şərif Ağayardır.

Müəlliflərin də qatıldığı təqdimat mərasiminə giriş sərbəstdir.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər