"Met Gala"nın təşkilatçıları 2026-cı il üçün rəsmi “dress-kod”u açıqlayıblar.
Kulis.az xəbər verir ki, ənənəyə uyğun olaraq mayın ilk bazar ertəsi – 4 may tarixində keçiriləcək gecədə qonaqlar “Fashion is Art” (“Moda sənətdir”) mövzusuna uyğun geyimlərlə iştirak edəcəklər.
Tədbir "Metropolitan Museum of Art"da baş tutacaq və seçilən konsepsiya məkanın incəsənət yönümlü ruhu ilə səsləşəcək.
Layihə çərçivəsində Kostyum İnstitutunun arxivində qorunan geyim nümunələri rəsm əsərləri, heykəllər və incəsənət tarixinin təxminən 5000 illik dövrünü əhatə edən digər sənət obyektləri ilə müqayisəli şəkildə nümayiş etdiriləcək.