"Ölüm oyunu", "Qara kəmər”, “Gözə göz” filmlərindəki rolları ilə tanınan Mel Novak 90 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə ustad aktyorun qızı Nikol Konant məlumat verib.
Aktyor qocalar evində 90 yaşında vəfat edib.
- Bu ölkədə futbol olmayacaq - Cavid Musa yazır...
- Yaşar Nurinin xatirə gecəsi keçiriləcək
- Rufan İbrahimli: “Dinləmək”-Ən qısa hekayə
MEL NOVAK KİMDİR?
Mel Novak 1933-cü il iyunun 16-da Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olub. Karyerasına idmanla başlayan Novak daha sonra aktyorluğa üz tutub.
O, 1970-1980-ci illərdə Brüs Linin də rol aldığı "Ölüm oyunu" filmindəki cani obrazı ilə məşhurlaşıb. Daha sonra "Qara kəmər" və "Gözə göz" kimi filmlərdə çəkilən Mel Novak dövrünün ikonik mənfi obrazlarından biri kimi yadda qalıb.