Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi
5 avqust 2026
# 13:10

Türkiyəli məşhur aktrisa Aybüke Pusatın həm prodüserliyini etdiyi, həm də baş rolunu oynadığı "En mutlu günümde" filmindən ilk kadrlar yayımlanıb.

Kulis.az xəbər verir ki, rejissor və ssenari müəllifi Erkan Tunç olan filmin çəkilişləri İstanbulda başa çatıb.

Sənədli-bədii üslubdakı ekran işi festival nümayişlərinə hazırlaşır.

Filmdə bir təriqətin yönləndirməsi ilə məcburi evləndirilən Nəsrin və Ercanın hekayəsindən bəhs olunur.

Baş roldakı Aybüke Pusatın hicabla görüntüləri sosial şəbəkələrdə böyük maraq yaradıb.

Ekran işində aktrisaya Halil Babür ilə yanaşı Reha Özcan, Elit Andaç Çam və Erşan Utku Ölmez kimi aktyorlar müşayiət edirlər.

Qeyd edək ki, filmin festivallardan sonra geniş izləyici kütləsinə təqdim olunması planlaşdırılır.

# 57 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər