Norveçli yazıçı Karl Ove Knausqorun "Mən uzun müddət ölüydüm" adlı yeni romanı çap olunub.
Kulis.az xəbər verir ki, bu barədə "Forlaget Oktober" nəşriyyatı məlumat yayıb.
Əsər Knausqorun introspektiv üslubunu davam etdirir və gündəlik həyatın incə detallarını poetik dildə göstərir. Romanda həm müəllifin şəxsi həyatından, həm də daxili düşüncələrindən geniş istifadə olunub.
Qeyd edək ki, "Mən uzun müddət ölüydüm" romanı “Səhər ulduzu” seriyasının altıncı cildidir.
Karl Ove Knausqorun yeni romanı çap olunub