Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi
30 sentyabr 2026
# 10:11

Amerikalı aktyor Dennis Haskins 75 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "Page Six" nəşri sənətçinin agenti Cey Şaxterə istinadən məlumat yayıb.

Aktyorun ölüm səbəbi rəsmi olaraq açıqlanmasa da, onun ömrünün son səkkiz ilində Parkinson xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Onun yaxın dostu və tez-tez getdiyi barın müdiri "İnstaqram" hesabında yazıb:

"O, digər sağlamlıq problemləri ilə yanaşı, Parkinsonla mübarizəsi barədə də susurdu. Çünki diqqəti özünə cəlb etmək istəmirdi. Bunu insanlara danışmaqdan qaçır və 'Ümumiyyətlə, nə deyə bilərəm ki?' deyirdi. Buna görə də onun iradəsinə hörmət edib susdum və həyatının növbəti fəslinə keçidində ona kömək etdim".

Dennis Haskins tamaşaçılara daha çox 1989-1993-cü illərdə (və 2000-ci ilə qədər davam edən spin-offlarda) yayımlanan məşhur "Zənglə xilas olanlar" (Saved by the Bell) sitkomunda canlandırdığı məktəb direktoru cənab Beldinq rolu ilə tanınırdı.

Aktyor karyerası ərzində ümumilikdə 100-dən çox layihədə rol alıb. Onların arasında "Qərb qanadı" (The West Wing), "Dəlilər" (Mad Men), "Filadelfiyada həmişə günəşlidir" (It's Always Sunny in Philadelphia) və "Ananızla necə tanış oldum?" (How I Met Your Mother) kimi seriallar var.

# 56 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər