Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi
22 aprel 2026
# 18:38

Rusiyalı yazıçı, tarixçi və akademik Yuri Pompeyev vəfat edib.

Kulis.az xəbər verir ki, “Qan içində Qarabağ” kitabının müəllifi olan tanınmış yazar bu gün səhər Sankt-Peterburqda 88 yaşında dünyasını dəyişib.

Pompeyev Birinci Qarabağ müharibəsi dövründə ermənilərin törətdiyi vəhşiliklər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Belə ki, o, 1992-ci ildə Xocalı soyqırımından 6 ay sonra Sankt-Peterburqda “Qan içində Qarabağ” kitabını təqdim edib, həmçinin rus auditoriyasına erməni vəhşilikləri barədə məlumat vermək üçün sərgi təşkil edib.

Tarixçi müsahibələrində dəfələrlə bildirib ki, “Xocalıda günahkar olan şəxslər azadlıqda qaldıqca, erməni nasist ideologiyası məhv edilməyəcək”.

Yuri Pompeyevin Qarabağ hadisələrinə həsr olunan “Çətin günlər” kitabı isə 1993-cü ildə nəşr olunub.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər