Con Lennonun qatilinə şərti azadlıq verilmədi

Con Lennonun qatilinə şərti azadlıq verilmədi
11 sentyabr 2025
# 14:31

Məşhur "The Beatles" qrupunun yaradıcısı və ifaçısı Con Lennonun qatilinə 14-cü dəfə şərti azadlıq verilməyib.

Kulis.az xəbər verir ki, onun sonuncu müraciəti avqustun 27-də komisiyanın qarşısında müzakirə olunub, növbəti dinləmə 2027-ci ilin fevralında keçiriləcək.

1980-ci ildə Lennonu qətlə yetirən Çepmen ömürlük həbs cəzasına məhkum edilib və hazırda Nyu-York yaxınlığındakı “Green Haven” həbsxanasında saxlanılır.

Qeyd edək ki, 2022-ci ildə o, törətdiyi cinayətdən peşman olduğunu bildirmişdi.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər