Aqşin Yenisey: “Sonuncu şeirlər kitabımı hazırlayıram”

Aqşin Yenisey: “Sonuncu şeirlər kitabımı hazırlayıram”
2 sentyabr 2020
# 10:08

“Ev dustağı olduğumuz bu pandemiya günlərində “Azadlığın bədəni” adlı kiçik roman yazdım”.

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Aqşin Yenisey yaradıcılığı haqda danışarkən bildirib.

“Azadlığın bədəni” hekayədi, çap olunub. Ancaq 120 000 işarədir, təxminən, avropalıların dediyi kiçik roman, bizim povest dediyimiz həcm. Bir də “Kəlləmayallaq” adlı yeni bir hekayə yazmışam. Üzərində redaktə işləri ilə məşğulam”.

A.Yenisey daha sonra əlavə edib:

“İki olar ki, indiyə qədər yazdığım və özümə də maraqlı olan şeirlərin üzərində bəzi düzəlişlər edib, bəlkə də, sonuncu olacaq şeirlər kitabımı hazırlayıram. Ən son yazdığım şeirlərin də bəziləri o kitabda olacaq”.

# 1811 dəfə oxunub

Müəllifin son yazıları

# # #