"Ən böyük sevinci onda yaşadım" - Aqil Abbas Ağdamın azad edilməsindən danışdı

"Ən böyük sevinci onda yaşadım" - Aqil Abbas Ağdamın azad edilməsindən danışdı
20 noyabr 2020
# 10:28

“Hamımızın gözü aydın olsun!"

Bu sözləri Kulis.az saytına Ağdamın işğaldan azad olunmasıyla bağlı təəssüratını bölüşən yazıçı, millət vəkili Aqil Abbas deyib. O, daha sonra əlavə edib:

"Mən həmişə deyirdim ki, Şuşa yoxdusa, Ağdamı istəmirəm! Ən böyük sevinci Şuşa azad olunanda yaşadım. Şuşanın İcra Hakimiyyəti binasının başına bayrağımızı sancan Yaşar Hüseynov da ağdamlı balasıdır. Yaralanmışdı, yenə döyüşə qayıtdı. Yəni bu da bir fəxrdi bizim üçün. Azərbaycan xalqının gözü aydın olsun!”

# 2929 dəfə oxunub

Müəllifin son yazıları

# # #