Çanaq və qabırğası sınan Xalq artistinin son vəziyyəti

Çanaq və qabırğası sınan Xalq artistinin son vəziyyəti
31 avqust 2026
# 11:11

Xalq artisti Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb.

Kulis.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir:

"1954-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, avqustun 22-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib. Aktrisaya çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər