"Breaking Bad"in müəllifindən yeni serial

"Breaking Bad"in müəllifindən yeni serial
28 iyul 2025
# 15:30

“Breaking Bad” və “Better Call Saul” kimi məşhur serialların müəllifi Vins Qilliqanın səbirsizliklə gözlənilən yeni elmi-fantastik serialı “Pluribus”dan ilk görüntülər yayımlanıb.

Kulis.az xəbər verir ki, “Xoşbəxtlik yoluxucudur” şüarı ilə anons edilən serial artıq ikinci mövsüm üçün də təsdiq alıb.

Layihənin baş rolunu “Better Call Saul” serialındakı performansı ilə tanınan aktrisa Riya Sihorn canlandıracaq.

Sihorn bu obrazı ilə iki dəfə Emmi mükafatına namizəd göstərilib.

Qeyd edək ki, serialda, həmçinin Karolina Vidra və Karlos-Manuel Vesqa da çəkiləcək.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #