Beynəlxalq Muğam Festivalı çərçivəsində müsabiqə

Beynəlxalq Muğam Festivalı çərçivəsində müsabiqə
14 may 2025
# 16:30

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam ifaçıları müsabiqəsi elan edilir.

Kulis.az xəbər verir ki, müsabiqə 18-20 iyun 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında keçiriləcək.

Ənənəvi musiqi ifaçılığına həsr olunan müsabiqə yaşı 35-i ötməyən (18 iyun 1990-cı il və daha gec təvəllüdlü) vokal və instrumental ifaçıların iştirakına açıqdır.

Müşayiətçilərə (5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur.

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ 15 dəqiqəlik proqramı, ikinci mərhələ isə 25 dəqiqəlik proqramı əhatə edir.

İştirakçılar təmsil etdikləri musiqi ənənəsinin zənginliyini və xüsusiyyətlərini əcnəbi dinləyicilərə cəlbedici şəkildə çatdırmalıdırlar. Bu məqsədlə əlavə vasitələrdən (mühazirə, şərhçi, audiovizual media, səhnə quruluşu) istifadəyə icazə verilir.

Qeyd edək ki, ilkin seçimin nəticələri 4 iyun 2025-ci ilədək elan olunacaq.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #