“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır
6 avqust 2026
# 17:40

Türkiyədə "AHBAP" dərnəyi ilə bağlı aparılan təhqiqat çərçivəsində Maliyyə Cinayətlərini Araşdırma idarəsi (MASAK) tərəfindən hesabat hazırlanıb.

Kulis.az xəbər verir ki, sənəddə 6 fevral zəlzələlərindən sonra Ajda Pekkan, Tarkan, Sibel Can, Barış Arduç, Kıvanç Tatlıtuğ, Aras Bulut İynemli və Beyazıt Öztürk kimi onlarla məşhur simanın dərnəyə etdiyi ianələr yer alıb.

Prokurorluq zəlzələdə zərər çəkənlərə kömək məqsədilə və xoş niyyətlə göndərilən bu vəsaitlərin hansı şəxs və şirkətlərə köçürüldüyünü, mühasibatlıq qeydlərinə düzgün işlənib-işlənmədiyini və elan edilən məqsədlərə uyğun xərclənib-xərclənmədiyini araşdırır.

“MASAK” hesabatında Ajda Pekkan, Barış Arduç, Ebru Şahin, Tarkan, Sibel Can və iş adamı Nevzat Aydın hərəyə 1 milyon lirə, Tolga Çevik 997 min lirə, Ali Atay 562 min lirə, Ebru Gündeş, Somer Sivrioğlu və Genco Erkal hərəyə 500 min lirə ianə etdiyi qeyd olunub.

Afra Saraçoğlu, Aras Bulut İynemli, Kıvanç Tatlıtuğ, Kerem Bürsin və Engin Akyürek kimi aktyorlar isə 200 min lirəlik dəstəklə siyahıda yer alıblar.

Təhqiqat çərçivəsində adı çəkilən məşhurların tamamilə yardım məqsədilə hərəkət etdiyi bildirilib.

Qeyd edək ki, ianələrin təyinatı üzrə istifadə olunmadığı aşkarlandığı təqdirdə, sənətçilər şübhəli yox, zərərçəkən şəxs qismində qiymətləndiriləcəklər.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər