Rəmişin yubileyi Ağdamda qeyd edildi

Rəmişin yubileyi Ağdamda qeyd edildi
26 noyabr 2019
# 13:47

Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) 75 illik yubileyi qeyd edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yubiley tədbiri Xalq artisti Mənsum İbrahimovun təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Yubiley mərasimində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Rafiq Hüseynovun həyat və yaradıcılığı barədə məlumat verilib.

Yubiley tədbirində Xalq artisti Mənsum İbrahimov, xanəndələr Təyyar Bayramov, Cabir Abdullayev, Elnur Zeynalov və digərlərinin, habelə "Şur" və "Qarabağ" instrumental ansambllarının ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

# # #