Mədəniyyət nazirimiz Gürcüstanın Baş naziri ilə görüşdü

Mədəniyyət nazirimiz Gürcüstanın Baş naziri ilə görüşdü
8 iyul 2021
# 18:19

Gürcüstan səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə bir sıra önəmli məsələlər də müzakirə olunub.

# 709 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #