Kuklada "Ağ və Qara" olacaq

Kuklada "Ağ və Qara" olacaq
25 iyun 2020
# 14:11

İyunun 27-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Ağ və Qara” tamaşası nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, səhnə əsərini səhnələşdirən və quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.

Kamran Şahmərdanın “Ağ və Qara” pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşada gözləri tutulmuş uşağın taleyindən, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrə rast gəlməsi və hacıleylək, balıq, külək tərəfindən mühafizə səhnəsi təsvir olunur.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

# 1742 dəfə oxunub

Müəllifin son yazıları

# # #