Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi

Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
7 dekabr 2019
# 11:20

Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi XIII əsrə aid Çingiz xan daş kitabəsinin bir surətini Monqolustana hədiyyə edib.

Kulis.az TASS agentliyinə istinadən xəbər verir ki, sözügedən tarixi abidə Ulan-Batorda yeni açılacaq Çingiz xan Muzeyində qoyulacaq.

Qeyd edək ki, Çingiz xan daş kitabəsi 1224-1225-ci illərə aid edilən qranit lövhədir. Onun üzərində yazılıb: “Sartaul xalqını özünə tabe etdirən Çingiz xan bütün monqol ulusunun noyonlarını Buxa-Sucixay adlı yerdə toplayıb, Esuenxe yayı çəkərək 335 sajına ox atıb”. Daş kitabəni XIX əsrdə Cənubi Sibirdə tapıblar və 1936-cı ildə Ermitaja göndərilib. 2017-ci ildə Rusiyanın Qiymətli Metalların Elmi Restavrasiyası Laboratoriyasında abidənin skanlaşdırılması və modelləşdirilməsi aparılıb.

# 1568 dəfə oxunub

Müəllifin son yazıları

# # #