77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi
4 noyabr 2026
# 10:17

Fransada ədəbiyyatın ən nüfuzlu mükafatlarından sayılan Qonkurun 2026-cı il laureatı müəyyənləşib.

Kulis.az xəbər verir ki, mükafata yazıçı Filip Janada 1949-cu ildə Parisdə qətlə yetirilmiş gənc qadının müəmmalı taleyindən bəhs edən romanına görə layiq görülüb.

"L'Inconnue du quai de Javel" adlı 528 səhifəlik əsər Fransada uzun illər açılmamış qalmış cinayət işini yenidən gündəmə gətirir. Hadisənin mərkəzində 29 yaşlı Luiza Kansot dayanır. Bretoniyadan Parisə gələn qadın əvvəlcə qulluqçu işləyib, daha sonra Monparnas rəssamlarının sevimli modellərindən birinə çevrilib. Hətta onun haqqında müxtəlif rəssamların çəkdiyi portretlərin çoxluğuna görə “yüz portretli qadın” ifadəsi işlədilirdi.

1949-cu il sentyabrın 7-də onun meyiti Sena çayının sahilində aşkarlanıb. Polis uzunmüddətli istintaqa baxmayaraq, qatilin kimliyini müəyyənləşdirə bilməyib. O dövrün mətbuatı isə qadının şəxsi həyatı haqqında əsassız ehtimallar yayaraq, diqqəti cinayətin özündən yayındırıb.

Janada illərlə arxivləri, polis sənədlərini və köhnə qəzetləri araşdıraraq bu hadisəyə qayıdıb. Yazıçı romanında yalnız mümkün qatilin kimliyini müəyyənləşdirməyə çalışmır, eyni zamanda illərlə haqsız şəkildə ləkələnmiş qadının nüfuzunu bərpa etməyə cəhd göstərir.

Qeyd edək ki, Janada bu mükafata qədər dörd dəfə Qonkurun qısa siyahısına düşsə də, qalib ola bilməmişdi. Bu dəfə isə onun 13-cü romanı Fransa ədəbi aləminin ən böyük mükafatını qazandırıb.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər