Kulis.az 2 Avqust - Milli Kino Günü münasibəti ilə filmlərimizdən maraqlı deyimləri təqdim edir.
Heç hənanın yeridir? – “O olmasın, bu olsun”

Sən gecələr yat, ay Qurban! – “Tütək səsi”

Yox bir qaşqaldaq! – “Görüş”
Qız ki kəkil çıxartdı... – “Böyük dayaq”

Evin kişisini soruşarlar! – “Axırıncı aşırım”
Bu kino ki var, çox qəliz məsələdi – “Bəyin oğurlanması”

Heç kimə düşmən evində yaşamağı arzulamıram – “Fəryad”

Məni vəsf elə, şair! – “Nəsimi”

Bir gün azad yaşamaq, qırx il rəzil qul kimi yaşamaqdan yaxşıdır – “Babək”

İgid, mənə muraz ver – “Dədə Qorqud”

Bir gün anlasan ki, səni nə üstə vurdular, səndən adam olacaq – “Bizim Cəbiş müəllim”

Hamı bilir ki, dərdimizdən içirik – “Qətl günü”
Arvadsan, özü də xalisindən! – “Arşın mal alan”

Rəhmətliklər yığıb bizi boğaza! – “Yol əhvalatı”
Tələsmə, Zaur! – “Təhminə”

Bakıdakı heykəllərin hamısı "çoşka" deyilmi, a çılpaq gözəl?! - "Bəxt üzüyü"

Axır ki, bir alim ərə rast gəldim – “Ulduz”
Cəhənnəmə ki! Sözə bax aaa... Cəhənnəmə ki! – “Şərikli çörək”
Oğlumu axtarırdım, dostumu tapdım! - "Əhməd haradadır?"
